Ağdam Sənaye Parkı rezidentlərinin sayı 19 oldu

post-img

Bugünlərdə daha bir istehsal müəssisəsinə Ağdam Sənaye Parkının rezidenti statusu ve­rilib. Bu, “AS İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bununla da, Ağdam Sənaye Par­kının rezidentlərinin sayı 19-a çatıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Tvitter” hesabında bildirib. Qeyd edilib ki: “Şirkət parkın ərazisində investisiya dəyəri 5,4 milyon manat olacaq inşaat materialları istehsalı kompleksi yaradacaq və 95 nəfəri işlə təmin edə­cək”.

“Xalq qəzeti”

İqtisadiyyat