İstehlakçı hüquqlarının müdafiəsi bəşəri missiyadır

post-img

Azərbaycan İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Məsləhət Qrupuna üzv seçilib. 2023–2024-cü illərdə fəaliyyət göstərəcək Qrupa hazırda Polşanın Rəqabət və İstehlakçıların Müdafiəsi Ofisi sədrlik edir. 

Məsləhət Qrupuna üzvlük Azər­baycanın bu şəbəkəyə üzv ölkələrlə müvafiq sahədə əməkdaşlığının güc­ləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi və səmərə­li tətbiqi istiqamətində aparılan işlərə töhfə verəcək.

Dövlət Xidmətindən redaksiyamı­za daxil olan məlumatda bildirilib ki, təşkilata üzvlük çərçivəsində İqtisa­diyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xid­məti ICPEN-in Məsləhət Qrupunun bu günlərdə keçirilmiş ilk iclasında iştirak edib. İclasda istehlakçı hüquqlarının müdafiəsi sahəsində əsas prinsiplər, tətbiq olunan mühafizə metodları və üzv dövlətlərlə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Qeyd edək ki, Məsləhət Qrupun­da ölkəmizlə yanaşı, ABŞ, Kanada, Kolumbiya, Peru, Portuqaliya, Böyük Britaniya, Almaniya, İrlandiya, Latviya, Niderland, Belçika, Norveç, Türkiyə, Avstraliya, Yeni Zelandiya, Zimbabve və Esvatini təmsil olunurlar. Azərbay­can Respublikası 2006-cı ildən eti­barən İstehlakçıların Hüquqlarının Mü­dafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkəyə (ICPEN) üzvdür və təşkilat­da İqtisadiyyat Nazirliyini təmsil edir.

“Xalq qəzeti”

İqtisadiyyat