Mərkəzi Bank: Son dörd ildə sığorta bazarının həcmi iki dəfə artıb

post-img

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin yekununda ölkə üzrə sığorta haqlarının məbləğinin 1,2-1,3 milyard manat olacağını proqnozlaşdırır.

Bu sözləri "Sığorta mübahisələrinin uğurlu həlli yolları" adlı elmi-praktik konfransda AMB baş direktoru Ziya Əliyev deyib.

Baş direktor bildirib ki, artıq dörd il yekunlaşmaq üzrədir: "Bu illər ərzində biz böyük bir yol qət etmişik. 2019-cu ildə sığorta bazarının həcmi 650 milyon manat idi. Dörd ildə sığorta bazarının həcmi iki dəfə artıb. Bütün dövlətlərin rifah siyasətinin ən mühüm komponentlərindən biri də baş verə biləcək gözlənilməz hadisələrə qarşı böyük bir müdafiə mexanizminin olmasıdır".

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

İqtisadiyyat