26 yaşın mübarək, “Azpetrol”!

post-img

Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsinə malik olan "Azpetrol" şirkəti uğurlu fəaliyyətinin 26-cı ildönümünü qeyd edir. Ötən illər ərzində şirkət böyük inkişaf yolu keçmiş və yanacaqdoldurma məntəqələrinin sayını məhz bu il – “Heydər Əliyev ili”ndə 100-ə çatdırıb.

“Azpetrol” brendinin möhkəmləndirilməsi və coğrafiyasının Qarabağda genişləndirilməsi şirkətin strateji inkişaf planının qısamüddətli
prioritet istiqamətlərindəndir. Artıq Zəngilanda, Hadrutda, Suqovuşanda və Füzulidə “Azpetrol”un modul tipli yanacaqdoldurma
məntəqələri fəaliyyət göstərir. Şirkət Qarabağa “Böyük Qayıdış” planının tərkib hissəsindən olan məşğulluğun təmin edilməsi
məsələsinə bununla öz töhfəsini vermiş olur.

Qeyd edək ki, "Аzpetrol" şirkətinin yaranması, inkişafı və uğurlu fəaliyyəti ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda iqtisadiyyatın və sahibkarlığın inkişafı sahəsində görülən işlərin nəticəsində mümkün olmuş və respublikanın neft strategiyasının
inkişafına təkan vermiş 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının məntiqi nəticəsidir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilməsi davam edən yeni neft strategiyasının məqsədləri isə “Azpetrol” şirkətinin fəaliyyət istiqamətlərinin yol xəritəsidir.

“Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi olan “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhərində – Nəsimi rayonu Moskva
prospektindəki 1013-cü məhəllədə açılıb. Şirkətin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 100 yanacaqdoldurma
məntəqəsi, 1 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən respublikada ən müasir
standartlara cavab verən 1 sıxılmış təbii qaz (CNG) terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neftbazası, yanacaqdaşıyan
maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100-dən artıq yanacaqdaşıyan avtomobili və minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 4 maye qazdoldurma postu və,elektromobillərin enerji ilə 17 doldurulma postu, 8 motel,
eyni zamanda, müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma və market) fəaliyyət göstərir.
“Azpetrol” Azərbaycanda ən böyük işəgötürənlər siyahısındadır və hazırda şirkətdə 3300-dən çox əməkdaş çalışır.

“Azpetrol”– daim
inkişafa doğru!

İqtisadiyyat