OPEK Azərbaycanı təşkilata üzv olmağa dəvət edir

post-img

OPEC Azərbaycana təşkilata üzv olmağı təklif edir.

Bu barədə çərşənbə günü Trend-ə məlumatlı mənbə bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanada OPEC-in baş katibi Haysham Əl Qays ilə görüşüb.

OPEK-in baş katibi ilə müzakirələr dünya neft bazarının tarazlaşdırılması istiqamətində atılan addımlara və neft sənayesinin inkişafı ilə bağlı məsələlərə aid olub. Gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün tərəflərin iştirakı ilə dialoq və əməkdaşlıq mühitinin yaradılmasının zəruriliyi qeyd edilib.

"Xalq qəzeti"

İqtisadiyyat