Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
XQ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

