Hindistanın neft emalı zavodları Rusiyadan idxal etdikləri neftin bir hissəsini Çin yuanı ilə ödəməyə başlayıblar. Bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Hindistanın Rusiya neftinin ən böyük alıcısı olan Indian Oil Corp iyun ayında Rusiya neftinin bəzi partiyalarını yuanla ödəyən ilk dövlət şirkəti olub. Digər iki mənbə bildirib ki, Hindistandakı hər üç özəl neft emalı zavodundan ən azı ikisi Rusiyadan idxal etdikləri malların bir hissəsini yuanla ödəyir.
Bütün mənbələr məsələnin həssaslığına görə anonimlik şərti ilə danışıblar.
"Xalq qəzeti"