Qəzaya uğramış "Titan"nın sərnişinləri son anlarını necə keçiriblər?

post-img

Faciəli təfərrüatlar üzə çıxıb...

"Titan" sualtı qayığında həyatını itirən Şehzadə və Süleyman Davudun ailəsinin ABŞ-ın "New York Times" qəzetinə verdiyi açıqlamalar ölümcül səyahətlə bağlı naməlum detalları ortaya çıxarıb.

Titanikin qalıqlarını görmək istəyən turistləri daşıyan, lakin Atlantik okeanına dalarkən ani partlayış nəticəsində 5 nəfərin həyatına son qoyan "Titan" sualtı qayığı hələ də dünya gündəmindədir.

ABŞ-ın "New York Times" qəzetindəki xəbərə görə, "Titan"ın 5 sərnişini son anlarını dəniz canlılarını seyr edərək və sevimli musiqilərini dinləyərək keçiriblər.

"Titan"ın ən gənc sərnişini olan 19 yaşlı Süleyman və atası Şahzadə Davudun ailəsi “New York Times” qəzetinə ölüm səyahəti barədə bəzi açıqlamar verib. David ailəsinin "Titanik"ə marağı ilk dəfə 2012-ci ildə Sinqapurda ziyarət etdikləri sərgi ilə başlayıb. 2019-cu ildə Qrenlandiyaya səyahət zamanı "Titanik" gəmisini məhv edən buzlaqlar onları maraqlandırıb. Şahzadə Davudun həyat yoldaşı və Süleymanın anası Kristin “Titanik”in qəzaya uğradığı yerə ekskursiyalar təşkil edən “OceanGate”in reklamlarını elə bu məqamda görüblər. Kristin planlaşdırılan səfərdə milyarder ərini müşayiət etməli idi, lakin sonra pandemiya müdaxilə edib və səfər yenidən təyin edildikdə, oğlu onun yerini alıb.

Kədərli ana Nyufaundlendə uçuşların bir neçə dəfə yubandığını, lakin iyunun 18-də gəminin gediş nöqtəsinə çatdıqlarını söyləyib. Kristin oğlunun və ərinin ikiqat çarpayılı dar otaqlarda qaldığını və səfərdən məmnun olduqlarını deyib. 

Kristinin dediyinə görə, "Titan"ın sərnişinləri kiçik otaqlarda ikiqat çarpayılarda yatıb, yeməklərini nimçələrdə yeyib, səhər saat 7-dən axşam 19-a qədər iclaslarda iştirak edib və müntəzəm olaraq "Titanik" filminə baxıblar.

Onların iştirak etdikləri görüşlər mübahisəli səfərdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı olub.

Sualtı qayıqda ölənlərdən biri olan "OceanGate" şirkətinin baş direktoru Stokton Raş səfərdən bir gün əvvəl digər sərnişinlərə "aşağı kalorili pəhriz"ə riayət etmələrini və səhərlər qəhvə içməmələrini söyləyib. O, həmçinin Atlantik okeanının soyuq havası ilə əlaqədar onlara qalın corab və beret geyinməyi tövsiyə edib.

Enerjiyə qənaət etmək üçün 4 saat çəkəcəyi gözlənilən səfər zamanı sualtı qayığın işıqları söndürüləcəkdi. Beləliklə, sərnişinlər işıq saçan dəniz canlılarını izləyə və əvvəlcədən təyin etdikləri mahnıları dinləyə biləcəkdilər. 

"Xalq qəzeti"

Hadisə