Büdcə vəsaitinin 47,7 faizi neft sektorunun payına düşür

post-img

Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda ötən il vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 8 milyard 136,3 milyon manatı və ya 52,3 faizi qeyri-neft sektorunun, 7 milyard 406,6 milyon manatı və ya 47,7 faizi neft sektorunun payına düşüb.

Neft sektoru üzrə vergi daxilolma­larının 27,2 faizi və ya 2 milyard 12,7 milyon manatı SOCAR-ın, 72,8 faizi və ya 5 milyard 393,9 milyon manatı­nı isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.

 

“Xalq qəzeti”

İqtisadiyyat