Avropa Azərbaycandan 595 milyon avroluq qaz idxal edib

post-img

Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) məlumatına görə, 2023-cü ilin mart ayında Azərbaycan Avropaya 611,8 milyon kubmetr təbii qaz nəql edib.

Qeyd edək ki, 2023-cü ilin birinci rübündə Azərbaycanda qaz hasilatı 3 faiz artaraq 12,2 milyard kubmetrə ça­tıb. Ölkə təbii qazın yarıdan çoxunu, yaxud 6,5 milyard kubmetrini xarici ba­zarlara ixrac edib.

2023-cü ilin yanvar–mart ayları ər­zində Azərbaycan Avropaya (2,9 mil­yard kubmetr), Türkiyəyə (2,7 milyard kubmetr) və Gürcüstana (0,9 milyard kubmetr) təbii qaz ixrac edib. Hesabat dövründə Trans–Anadolu boru kəməri ilə Türkiyəyə 1,4 milyon kubmetr qaz ixrac olunub.

Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Ölkə bu il Avro­paya 12 milyard kubmetr qaz ixrac et­məyi planlaşdırır.

“Xalq qəzeti”

İqtisadiyyat