İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində Dövlət Vergi Xidməti xətti ilə 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinə vergi daxilolmalarının həcminin 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,4 faiz artaraq 7 milyard 672,2 milyon manat təşkil etdiyini bildirib.
Nazir qeyd edib ki, bu müddətdə qeyri-neft sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq 4 milyard 3,4 milyon manat olub.
“Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var”, – M.Cabbarov yazıb.
“Xalq qəzeti”

