Pərakəndə ticarət dövriyyəsi 3 faiz artıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 16,4 milyard manatlıq, o cümlədən 9,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə pə­rakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4 faiz artıb.

“Xalq qəzeti”

İqtisadiyyat