Taxıl 335 dollaradək ucuzlaşacaq

post-img

Dünya Bankının (DB) əmtəə qiymətləri ilə bağlı hesabatında qlobal əmtəə bazarlarında buğdanın 2025-ci ilə kimi ucuzlaşacağı bildirilib. 

Bankın proqnozuna görə, bu ilin sonuna kimi buğdanın dünya bazarla­rında qiyməti hər ton üzrə 355 dollar (oktyabr proq­nozu ilə müqayisədə 55 dollar az) təşkil edəcək ki, bu da 2022-ci illə müqa­yisədə 22 faiz azdır.

Dünya Bankının proq­nozuna görə, 2024-cü ildə buğdanın qiyməti 335 dollara (oktyabr proqnozu ilə müqayisədə 70 dollar az) enəcək.

“Ukraynanın taxıl və yağlı bitkilə­rinin əksəriyyətinin dünya bazarına çıxmasına kömək edən Qara dəniz taxıl təşəbbüsü və digər əsas isteh­salçı ölkələrdə məhsuldarlığın artması qiymət təzyiqlərini azaltmağa kömək edib”–deyə DB-nin hesabatında qeyd edilib.

“Xalq qəzeti”

İqtisadiyyat