Birinci rübdə elektrik enerjisi istehsalı 7,7 faiz artıb

post-img

Bu ilin yanvar-mart aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 551,7 milyon kVt/st, yəni 7,7 faiz artaraq 7 756,2 milyon kVt/st olub.

Energetika Nazirliyindən bildirilib ki, hesabat dövründə elektrik enerjisi­nin istehsalı keçən ilin yanvar-mart ay­larına nisbətən İES-lərdə 527,3 milyon kVt/st artaraq 7 387,4 milyon kVt/st, SES-lərdə 24,7 milyon kVt/st artaraq 277,9 milyon kVt/st təşkil edib. 

Bu dövrdə külək elektrik stansi­yalarında 15,5 milyon kVt/st, günəş elektrik stansiyalarında 13,4 milyon kVt/st, Bərk Məişət Tullantılarının Yan­dırılması Zavodunda isə 62 milyon kVt/st elektrik enerjisi istehsal edilib.

Üç ay ərzində elektrik enerjisi­nin istehsalı “Azərenerji” ASC üzrə 7 043,4 milyon kVt/st (İES-lərdə 6 781,1 milyon kVt/st, SES-lərdə 262,3 milyon kVt/st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 87,3 milyon kV/st (İES-lərdə 61,5 milyon kVt/st, SES-lərdə 13,6 milyon kVt/st, Günəş ES-də 12,2 milyon kVt/st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyaların­da 11,8 milyon kVt/st, müstəqil elektrik stansiyaları üzrə 613,7 milyon kVt/st təşkil edib. 

2023-cü ilin yanvar-mart ayları ər­zində elektrik enerjisinin idxalı 31,3 milyon kVt/st, ixracı isə 1 238,9 milyon kVt/st olub.

“Xalq qəzeti”

İqtisadiyyat