Sahibkarlığın İnkişafı Fondu gəlirlə işləyir

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2022-ci ilin yekunlarına dair maliyyə hesabatı açıqlanıb.

Fondun məlumatında ötən il SİF-in əməliyyat gəlirlərinin 14 375 min ma­nat təşkil etdiyi bildirilib. Eyni zamanda, əməliyyat və vergi xərclərinin 7811 min manat olmaqla, fondun 2022-ci ili 15 509 min manat mənfəətlə başa vurduğu qeyd edilib. 

Qeyd edək ki, SİF-in illik maliyyə he­sabatlarının beynəlxalq mühasibat uço­tu standartlarına uyğunluğu indiyədək müstəqil audit şirkətləri tərəfindən hər il yoxlanılıb. 2022-ci ilin maliyyə hesabat­ları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib. 

Audit rəyinə əsasən, maliyyə hesa­batları SİF-in 2022-ci il dekabrın 31-nə olan maliyyə vəziyyətini, habelə göstə­rilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkə­tini maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olaraq bütün əhə­miyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

“Xalq qəzeti”

İqtisadiyyat