Böyükşor gölündə üzən günəş panelləri quraşdırılacaq

post-img

Energetika nazirinin müavini Elnur Soltanovun bildirdiyinə görə, Azərbaycan hökuməti Asiya İnkişaf Bankı ilə birlikdə Bakıda Böyükşor gölü üzərində üzən günəş panellərinin quraşdırılması ilə bağlı layihənin icrasına başlayıb. Layihənin icrası hesabına 0,1 mVt-lıq enerji gücünün əldə edilməsi nəzərdə tutulub.

Nazir müavini qeyd edib ki, üzən günəş panelləri quruda olan panellərdən daha baha başa gəlir. Adətən belə la­yihələrdə investor vəsaiti dövlətdən tələb edir. Azərbaycanda isə bərpaolanan enerji tarifləri o qədər də yüksək deyil. Ona görə də respublikamızda Böyükşor gölündə üzən günəş panellərinin quraşdırılması pi­lot layihə kimi sınaqdan keçirilir.

“Xalq qəzeti”

İqtisadiyyat