“Startup School”un açılış mərasimi olub

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə yaratdığı “StartUp School”un rəsmi açılış mərasimi keçirilib.

Mərkəzdən bildirilib ki, onlayn açılışı İİTKM-in icraçı direktoru Vü­sal Qasımlı edib. O, əvvəlcə qalib layihələri təbrik edərək, “Startup School”un Azərbaycanın startap ekosistemində tezliklə özünəməxsus yer tutacağından əminliyini diqqətə çatdırıb.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin di­rektoru Mehmet Tosun qalib layihələr ilə birgə fəaliyyətin uğurlu olacağını vurğulayaraq, gələcək perspektivlər­dən danışıb.

“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva “Startup School”un açılış mərasimində qəbul prosesi, seçim turları, eləcə də qəbul statistikası ilə bağlı ətraflı məlumat­lar təqdim edib. Portal rəhbəri tərəf­daş qurumlarla iş prinsipi, mentorla­rın görəcəyi işlər haqqında məlumat verib.

Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin depar­tament direktoru Yevgeniya Bikmur­zina, Dövlət Məşğulluq Agentliyinin şöbə direktoru Taleh Hüseynli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi­nin KOBİA-nın Katibliyinin rəhbəri Elmar İsayev, “PASHA Bank”ın şöbə rəhbəri Zaur Bağırov, SABAH. Labın idarəedici direktoru Orxan Abbasov layihədə iştirakları ilə bağlı məlumat­lar veriblər.

Açılış mərasiminin ardınca, “Star­tup School”da ilk dərs Nevada Uni­versitetinin professoru Mehmet To­sun tərəfindən aparılıb. Treninqlərə aprel ayı boyunca ekspertlər tərəfin­dən seçilən 33 layihə qoşulacaq.

Sonda seçilən 9 layihə (ko­manda) SABAH.Labın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentor­luq proqramına qatılacaq, layihələr arasından ilk 3 yerin qalibi müəyyən­ləşdiriləcək.

“Xalq qəzeti”

İqtisadiyyat