Sumqayıt Kimya Sənaye Parkının ixrac coğrafiyası genişlənir

post-img

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Karbamid” zavodu ixrac coğrafiyasını genişləndirir. Bu günlərdə zavod tərəfindən Sloveniyaya karbamid gübrəsi ixracına başlanılıb. İlkin mərhələdə bu ölkəyə 5 min tona yaxın karbamid gübrəsi göndərilib.

Qeyd edək ki, indiyədək müəssisə­də istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Ru­mıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac edilib.

 

“Xalq qəzeti”

İqtisadiyyat