Qeyri-neft sektorunun ÜDM-də payı yüksəlir

post-img

Qeyri-neft-qaz sektorunun inkişafı sayəsində onun ÜDM-də payı Azərbaycanın ən yaxın tarixində maksimuma çatacaq. Bu fikri “Qazprombank”ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina bildirib. 

O, aparılan hesablamalara əsas­lanaraq Qarabağda yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artan logistik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı in­kişaf tempini saxlamaqla 2024-cü ilə qədər onun ÜDM-də payının 70 faizə yaxınlaşacağını diqqətə çatdırıb. Rəis müavini, eyni zamanda, bu göstərici­nin Azərbaycanın ən yeni tarixindəki maksimum səviyyəyə uyğun olacağı­nı vurğulayıb. 

G.Xaydarşina qeyd edib ki, 2026-cı ilə qədər Qarabağda layihələrə təx­minən 10 milyard ABŞ dolları (ÜDM-in 18 faizi) sərmayə qoyulması planlaş­dırılır, xarici investorlar (o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Böyük Britaniya və Rusiya) fəal şəkildə cəlb olunur.

“Qazprombank”ın nümayəndəsi əlavə edib ki, infrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdi­rilməsi ilə yanaşı, qeyri-neft-qaz məh­sullarının istehsalına, habelə ixracına yönəlmiş yeni sənaye və iqtisadi zo­nalar yaradılacaq.

“Xalq qəzeti”

İqtisadiyyat