Qarabağda fəaliyyət göstərən və göstərəcək ixracatçılara logistika subsidiyası tətbiq ediləcək

post-img

Qarabağda hazırda fəaliyyət göstərən və göstərəcək ixracatçılara logistika subsidiyası tətbiq ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPOMO) rəhbəri Yusif Abdullayev 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, subsidiyalar Azərbaycanın digər bölgələrinə təqdim olunandan daha çox və daha uzunmüddətli olacaq. Logistika subsidiyasını ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir. Layihə martda Nazirlər Kabinetinə təqdim olunacaq.

 

İqtisadiyyat