Bu il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 milyard 259 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 17,5 faiz və ya 3 milyard 17 milyon manat artıb. Belə ki, 2022-ci ilin fevral ayının 1-nə kredit qoyuluşlarının həcmi 17 milyard 242 milyon manat təşkil edib.
“Xalq qəzeti”