Mikayıl Cabbarov Dağıstan hökumətinin sədri ilə görüşüb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dağıstan Respublikası hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.

“Dağıstan Respublikası hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlıq çərçivəsində iqtisadi potensialın reallaşdırılmasının, ticarət, KOB, sənaye və investisiya sahələrində əlaqələrin gücləndirilməsinin önəmini vurğuladıq”, - deyə M.Cabbarov bildirib.

İqtisadiyyat