Ötən il Azərbaycanda 1095 dövlət əmlakı özəlləşdirilib və bundan gələn gəlir 114,5 milyon manat olub.
AZƏRTAC xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il üzrə fəaliyyəti və bu il qarşıda duran vəzifələrə dair mətbuat konfransında Xidmətin rəisi Mətin Eynullayev deyib.
Bildirilib ki, ötən il investisiya layihələrinə 14,6 milyon manat vəsait qoyulub, 374 iş yeri açılıb. Həmçinin dövlət büdcəsinə 8,5 milyon manat birdəfəlik ödəniş edilib.