"Microsoft"un daxili məlumatları internetə sızıb

post-img

"Microsoft" korporativ serverində bir ay ərzində aktual olan zəifliyi aradan qaldırıb.

Lenta.ru xəbər verir ki, bu barədə TechCrunch məlumat yayıb.

Problem kibertəhlükəsizlik məsələləri ilə məşğul olan SOCRadar şirkətinin mütəxəssislərinin diqqətinə çatdırılıb. Məlum olub ki, "Microsoft" daxili məlumatların bir hissəsini Azure serverində saxlayır - parol və açarları ehtiva edən məlumat Bing axtarış sistemi ilə əlaqələndirilir. Bununla belə, verilənlər massivlərinin yerləşdiyi server parolla qorunmur.

SOCRadar ekspertləri bildiriblər ki, mühafizənin olmaması səbəbindən demək olar ki, istənilən internet istifadəçisi "Microsoft"un məxfi məlumatlarına çıxış əldə edə bilər. Şirkətlər zəiflik barədə fevralın 6-da məlumat veriblər. Martın 5-də "Microsoft" problemin bağlandığını bildirib.

S.ELAY

XQ

İKT