“Qarabağ” – “Nyukasl Yunayted” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb

post-img

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.

XQ xəbər verir ki, "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov fevralın 17-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda media nümayəndələri qarşısına çıxacaq. Saat 17:30-da isə komandanın ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi eyni arenada baş tutacaq.

Qonaq komandanın baş məşqçisi Eddie Howenin mətbuat konfransı saat 20:30-da başlayacaq. Newcastle United FC-in media üçün açıq olacaq məşqi isə saat 21:00-a planlaşdırılıb və ilk 15 dəqiqə jurnalistlər üçün əlçatan olacaq.

Qeyd edək ki, fevralın 18-də UEFA Champions Leaguenin pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Nyukasl Yunayted” görüşü saat 21:45-də start götürəcək.

İdman