Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti matçı keçirilib.
Sonuncu oyun günündə “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. "Şamaxı"nın heyətində qolları 26 və 41-ci dəqiqələrdə Karim Rossi vurub. Ağdam klubunda isə 76-cı dəqiqədə Musa Qurbanlı diqqət mərkəzinə düşüb.
Digər matçda “Turan Tovuz” “Kəpəz”i sınağa çəkəcək. Görüşə saat 19:00-da start veriləcək.
Ötən gün baş tutan “Sumqayıt”–“Zirə” və “Sabah”–“Qəbələ” oyunları qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları martın 3-də keçiriləcək.
XQ

