U-19 millimiz özbək yaşıdlarını məğlub edib

post-img

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Komandamız Daşkənddə özbəkistanlı həmyaşıdları ilə qarşılaşıb. Görüş 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.

U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.

Fevralın 7-də komandalar arasında ikinci yoxlama oyunu keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman