Tramp: Hazırda İranla danışıq aparırıq

post-img

Tramp ABŞ və İranın “hazırda” danışıqlar apardığını bildirib. Məlumatı CNBC-yə istinadən RBK yayıb.

Tramp bildirib ki, “Onlar danışıq aparmaq istəyirlər və biz hazırda onlarla danışıq aparırıq”.

Bir gün əvvəl, 3 fevralda İran Prezidenti Məsud Pezeşkyan Tehranın Vaşinqtonla danışıqlara hazırlıqlarını elan edərək, bu əmri regiondakı dost ölkələrin sorğularına cavab olaraq verdiyini vurğuladı. Pezeşkyan əlavə etdi ki, danışıqlar yalnız təhdidlərdən və “əsassız gözləntilərdən” azad əlverişli bir atmosfer yaradıldığı təqdirdə mümkündür.

İran Xarici İşlər Nazirliyi daha əvvəl yaxın günlərdə Türkiyədə keçiriləcək danışıqları açıqlamışdı. Nazirlik sanksiyaların aradan qaldırılmasının İslam Respublikası üçün “danılmaz prioritet” olduğunu vurğulamışdı. Danışıqların İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff arasında keçirilməsi gözlənilir.

P.ƏMİRCANOV
XQ

İdman