Misli Premyer Liqasında XVII tur

post-img

Dünən Misli Premyer Liqasında keçirilən 2 oyun ilə XVII tura start verilib. Quba Olimpiya İdman Kompleksinin stadionunda “İmişli” – “Araz-Naxçıvan”ı qəbul edib.

Görüşün 5-ci dəqiqəsində Juninyo meydan sahiblərini önə çıxarıb. 15-ci dəqiqədə Çarles Boli hesaba tarazlıq gətirib. Qarşılaşmanın 84-cü dəqiqəsində Dieqo Almeda “İmişli”ni önə çıxartsa da, qonaqlardan Ramon Maçado 90+2-ci dəqiqədə baxımlı qolla hesabı yenidən bərabərləşdirib –2:2.

“Palms Sports Arena”da isə 2 paytaxt təmsilçisi üz-üzə gəlib. “Neftçi” “Zirə” görüşü 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu gün Şamaxı şəhər stadionunda “Şamaxı” – “Qəbələ”, “Azərsun Arena”da isə “Qarabağ” – “Kəpəz” oyunu keçiriləcək. Bazar günü baş tutacaq turun son qarşılaşmalarında Tovuz şəhər stadionunda “Turan Tovuz” “Sumqayıt”ı, “Bank Respublika Arena”da isə “Sabah” – “Karvan-Yevlax”ı sınağa çəkəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman