Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi Qarabağa səfər edib.
AGF-nin vitse-prezidentləri Namiq Abdullayev, Fərid Mansurov, baş katib Pərvin Piriyev, yunan-Roma güləşi üzrə koordinator Rafiq Hüseynov Şuşa və Xankəndidə görüşlər keçiriblər.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində, Şuşa şəhər məktəbində və Qarabağ Universitetində olan federasiyanın təmsilçiləri rəsmi şəxslərlə yanaşı, məktəblilər və tələbələrlə görüşüblər. Azərbaycan idmanında uğurlarıyla parlaq iz qoymuş Namiq Abdullayev, Fərid Mansurov və Rafiq Hüseynov öz karyeralarından danışıb, yeniyetmə və gənclərin suallarını cavablandırıb və onlara tövsiyələrini çatdırıblar.
Güləş Federasiyası belə görüşləri bundan sonra da sistemli şəkildə davam etdirəcək.
Qabil YUSİFOĞLU
XQ

