Qadın millimiz FIFA 74-cüsüdür

post-img

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə FIFA reytinqini 74-cü pillədə başa vurub. Ali futbol qurumunun rəsmi saytının məlumatına görə, yığmanın hesabında 1318.261 xal var.

Millimiz bir neçə gün əvvəl Siyasət Əsgərovun rəhbərliyi ilə Banqladeşdə keçirilmiş “FIFA Tri Nations Women”s Football Series 2025” turnirinin qalibi olub.

Qeyd edək ki, FIFA reytinqinin ilk pilləsində İspaniya seçməsi (2094.891) yer alıb. İkinci yerdə ABŞ millisi (2057.583), üçüncü sırada isə Almaniya (2010.797) qərarlaşıb.

Qabil YUSİFOĞLU
XQ

İdman