Çelenc kubokunda çıxış edən kişi voleybolçulardan ibarət “Xilasedici” komandası bu gün 1/16 final mərhələsində Bakıda Belçikanın “Lindemans” kollektivi ilə üz-üzə gəlib. FHN-nin idman zalında təşkil olunan qarşılaşmada meydan sahibləri məğlub olub – 0:3 (17:25, 22:25, 23:25).
Qeyd edək ki, komandaların cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
XQ







