Bakıda Millətlər Liqasının qrup oyunları keçiriləcək

post-img

Amputant futbolu üzrə 2025-ci il Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək. Qarşılaşmalar oktyabrın 17-19-da təşkil olunacaq. Açılış mərasimi oktyabrın 17-də “ASCO Arena”da olacaq və saat 11:30-da başlayacaq.

Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir. Xatırladaq ki, hələ də minlərlə hektar ərazilərimiz ermənilərin basdırdığı minalardan təmizlənmədiyi üçün real təhlükə mənbəyi olaraq qalır.

Y.QABİL
XQ

İdman