Nüfuzlu “The Ring” nəşri dünyanın ən yaxşı boksçularının reytinqini yeniləyib.
ABŞ-dan olan mütləq dünya çempionu Terens Krouford ilk pillədə qərarlaşıb.
37 yaşlı idmançı Saul Alvares üzərində qazandığı qələbədən sonra birinci pilləyə yüksəlib və ukraynalı Aleksandr Usiki geridə qoyub.
İlk “üçlük”də, həmçinin yaponiyalı Naoya İnoue də yer alıb. O, ötən həftə özbəkistanlı Muradcan Əhmədəliyevi məğlub edib.
Qabil YUSİFOĞLU
XQ