Peşəkar Futbol Liqasının rəsmisi bildirib ki, Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın “Şelburn”u udması ilə Azərbaycan klublarının avrokuboklardakı qələbə sayı 150-yə çatıb. 150-ci qələbə 477-ci matça təsadüf edib.
Azərbaycan təmsilçiləri Çempionlar Liqasında 38, Avropa Liqasında (əvvəl UEFA Kuboku) 82, Konfrans Liqasında 21, İntertoto Kubokunda 9 dəfə azarkeşlərini sevindirib. Qələbələrdən 87-si evdə, 63-ü səfərdə əldə olunub.
Qeyd edək ki, ölkə komandalarının avrokuboklarda ilk qələbəsi 1996-cı il iyulun 17-nə təsadüf edib. Həmin gün “Neftçi” Sofiya “Lokomotiv”ini Bakıda 2:1 hesabı ilə məğlub edib.
M.HACIXANLI
XQ