Bakıda UFC turniri keçiriləcək

post-img

Azərbaycan ilk dəfə məşhur UFC (Ultimate Fighting Championship) turnirinə evsahibliyi edəcək.

Bu tarixi hadisə iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Döyüş gecəsi Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyata keçəcək.

UFC-nin prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıb. İmzalanma mərasimi şənbə günü Mayamidə olub.

Tədbirin əsas döyüşündə yarım ağır çəkidə keçmiş UFC çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill 7-ci pillədəki Xəlil Raundtri JR ilə qarşılaşacaq.

Leyla AZAD
XQ

 

İdman