“Şamaxı” səfərdə, “Turan Tovuz” evdə qələbə qazanıb

post-img

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXX turun daha iki oyunu keçirilib.

"Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Günün son matçında isə "Sumqayıt" öz meydanında "Şamaxı" ilə üz-üzə gəlib. Bu görüşdə qələbəyə sevinən tərəf qonaq komanda olub - 2:1. Bu nəticələrdən sonra "Turan Tovuz" 47 xalla 4-cü, "Sabah" 36 xalla 5-ci, "Şamaxı" 31 xalla 7-ci, "Sumqayıt" isə 29 xalla 8-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, XXX turun açılış oyununda "Qarabağ" səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəlib. Tura aprelin 13-də keçiriləcək iki matçla yekun vurulacaq.

XQ

İdman