Donald Tramp sələfi Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları daha bir il uzadıb. Rusiya aktivlərinin bloklanması da uzadılıb.
Ağ evin məlumatına görə, dövlət başçısının imzaladığı sənədin mətninə əsasən, Tramp Rusiyanın zərərli xarici siyasət fəaliyyətini əsas gətirərək ABŞ-da fövqəladə vəziyyəti bir il müddətinə uzadıb.
Verilən məlumata görə, fövqəladə vəziyyət Bayden tərəfindən 15 aprel 2021-ci il tarixli 14024 saylı İcra Sərəncamına əsasən elan edilib ki, bu da Rusiyanın əmlakını bloklamaq və Moskvaya qarşı sanksiyalar tətbiq etmək məqsədi daşıyır.
Rusiya hökumətinin həyata keçirdiyi fəaliyyətlər siyahısına ABŞ-da və digər ölkələrdə demokratik seçkilərə xələl gətirmək cəhdləri, kiber fəaliyyətlər və ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün “qeyri-adi və fövqəladə” təhlükə yaratmaqda davam edən xarici hökumətlərə təsir göstərmək daxildir.
S.ELAY
XQ