Azərbaycan qadın boksçuları Serbiyanın Niş şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcəklər.
Boks Federasiyasından verilən məlumata görə, yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kiloqram), Marjona Savriyeva (50 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Emili Rzayeva (70 kiloqram) və Aynur Rzayevaya (+81 kiloqram) şans verəcək.
Mundial martın 8-16-da təşkil olunacaq.