Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışı start götürüb. Əvvəlcə tədbirin açılış mərasimi keçirilib. Tədbirdə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları arenanın mərkəzinə gətirilib.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda hər il gimnastikanın müxtəlif növləri üzrə mötəbər yarışların keçirildiyini deyib, əldə olunan uğurlardan danışıb. Nazir bu yarışın Azərbaycanda idman gimnastikasının inkişafında və təbliğində əhəmiyyətli rol oynayacağını, idmançıların təcrübə əldə etmələrinə şərait yaradacağını söyləyib.
Sonra Dünya Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir daha sonra bədii hissə ilə davam edib.
Qeyd edək ki, yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edirlər.
Dörd gün davam edəcək yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya Kuboku martın 9-dək davam edəcək.
L.SABİRQIZI
XQ