Bananın üzərinə limon sıxıb yeməyin sağlamlığa faydaları var. Bu 2 meyvə çox istifadə edilir və qida dəyəri baxımından xeyirlidir. Həzm sistemindən immunitet dəstəyinə qədər bir çox müsbət təsiri olan bu meyvələr enerji verici və antioksidant xüsusiyyətləri ilə diqqət çəkir.
Bəs bananın üzərinə limon sıxıb yeməyin sağlamlığa nə kimi təsirləri var?
Limon C vitamini ilə zəngin olduğu üçün immunitet sistemini gücləndirir. Banan isə immunitet funksiyalarını dəstəkləyən B6 vitamini ehtiva edir.
Banan liflə zəngin olduğu üçün bağırsaqları fəallaşdırır və həzmi tənzimləyir.
Limon isə mədə turşusunu balanslaşdırır və həzmi asanlaşdırır.
Banan tərkibində təbii şəkərlər (fruktoza, qlükoza) olduğu üçün enerji verir.
Limon isə flavonoidlərlə zənginliyi sayəsində qoruma təmin edir.
Banan maqnezium və kaliumla zəngindir, hüceyrələri yeniləyir, əzələ tutmalarının qarşısını alır.
Limon isə tərkibindəki maqnezium və kalsiumla əzələ sağlamlığını dəstəkləyir.
Banan dəri üçün nəmləndirici və qidalandırıcı xüsusiyyətlərə malikdir.
Limondakı C vitamini isə kollagen istehsalını dəstəkləyir, dərini daha parlaq edir.
Z.HÜSEYNLİ
XQ