Günəşli, dumanlı və buludlu

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, martın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək.

Cənub-şərq küləyi əsəcək. Gecə 2-7°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya