Azərbaycanın futbol hakimi Avropa çempionatına təyinat alıb

post-img

Azərbaycanın FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, I kateqoriyaya malik E. Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi iyunun 11-28-də 16 komandanın iştirakı ilə keçiriləcək.

İdman