Avropada 14 şahmatçımız mübarizə aparacaq

post-img

Martın 15-26-da Rumıniyanın Eforie Nord şəhərində keçiriləcək kişilər arasında şahmat üzrə Avropa çempionatına qeydiyyat başa çatıb.

Azərbaycanın 14 təmsilçisi yarışda iştirak üçün müraciət edib. Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Əhməd Əhmədzadə, Misrəddin İsgəndərov, Xəzər Babazadə, Vüqar Manafov, Şiroğlan Talıbov, Xaqan Əhməd, Elmar Atakişiyev, Şahin Vəliyev, Süleyman Süleymanlı və Ümid Aslanov Avropa çempionatında iştirak edəcəklər. Yarışda, ümumilikdə, 401 şahmatçı çıxış edəcək.

Turnirin reytinq favoriti Boqdan-Daniel Diakdır (Rumıniya), Aleksey Sarana (Serbiya) siyahıda ikinci, Yorden van Foreest (Niderland) isə üçüncüdür.

L.AZAD
XQ

İdman