Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə start verib

post-img

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

54 kiloqram çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 finalda qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. O, rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. Z. Hümbətov növbəti görüşündə qırğızıstanlı İlgiz Korqonbayevlə gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.

Qeyd edək ki, martın 9-da başa çatacaq yarışa Azərbaycan millisi 3 oğlan, 4 qız boksçu ilə yollanıb.

İdman