Millimiz Latviyada 2-ci olub

post-img

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlar arasında Latviya açıq çempionatı keçirilib.

Yarışın əsas mərhələsində Azərbaycan millisi də iştirak edib. Məhəmməd Aslanlı və İbrahim Məmmədovdan ibarət cütlük qrup mərhələsində bütün görüşlərini qələbə ilə başa vurub. Təmsilçilərimiz yarımfinalda estonlara 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Gərgin keçən həlledici qarşılaşmada ev sahibinə 1:2 hesabı ilə məğlub olan cütlüyümüz yarışın gümüş medallarını qazanıblar.

Qeyd edək ki, komandamız latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək. 

Leyla QURBANOVA
XQ

İdman