Slovakiyanın Samorin şəhərində yeniyetmələr arasında keçirilən Avropa Kuboku yarışında Azərbaycan cüdoçuları 10 medal qazanıblar.
Qızıl medalları komandamızın aktivinə bütün rəqiblərini məğlub edən Məhəmmədəli Hüsiyev (55 kq), Zeyd Ələsgərov (60 kq) qazandırıblar. Finalda məğlub olan İbrahim Talıbov (50 kq) və Rəsul Əlizadə (55 kq) gümüş medala sahib olublar.
Anar Quliyev (50 kq), Əli Hümbətov (66 kq), Səid Şərifov (73 kq), Amin Mehdiyev, Abdullah Rəhmətov (hər ikisi 81 kq) və Sübhan Axundov (+90 kq) bürünc mükafata yiyələniblər.
Bununla da milli komanda Avropa Kubokunda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan turnirdə oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.
Leyla QURBANOVA
XQ