Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində Azərbaycan komandası 3 medal qazanıb.
Yarışın son günündə U15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə komandamızın aktivinə daha bir medal yazdırıb. Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan Onur gərgin keçən görüşdə 2-3 hesabı ilə uduzaraq bürünc mükafatla kifayətlənib. Xatırladaq ki, Onur Quluzadə turnirin U17 kateqoriyasında da fəxri kürsünün 3-cü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışlarda isə Onur Quluzadə ilə Yağmur Məmmədli cütü U15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.
Leyla QURBANOVA
XQ