“Böyük dəbilqə”də qızıl medal

post-img

Bakıda cüdo üzrə keçirilən nüfuzlu “Böyük dəbilqə” turnirinin 2-ci günündə Azərbaycan yığması 1-i qızıl olmaqla 3 medala sahib olub.

Yığmamıza baş mükafatı 81 kiloqram çəki dərəcəsində Zelim Tçkayev qazandırıb. Təmsilçimiz finalda Fransua Qotye-Drapoya (Kanada) qalib gəlib. Komandamızın üzvlərindən Rəşid Məmmədəliyevin (73 kq) də qızıl medal şansı olmasına baxmayaraq, zədə səbəbindən Tatsuki İşihara (Yaponiya) ilə final görüşünə çıxa bilməyib və gümüş medalla kifayətlənib. Bu çəkidə Vüsal Qələndərzadə 3-cü yer uğrunda görüşdə Ryuqa Tanakanı (Yaponiya) məğlub edərək bürünc medala sahib olub. Qeyd edək ki, Azərbaycan cüdoçuları Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) yarışın ilk günündə 2 bürünc medal qazanıblar.

Leyla QURBANOVA
XQ

 

İdman