Stolüstü tennisçimiz gümüş medal qazanıb

post-img

Stolüstü tennisçi Onur Quluzadə Qətərin paytaxtı Dohada keçirilən “WTT Youth Contender Doha 2025” turnirində 2-ci yeri tutub.

U-15 kateqoriyasında mübarizə aparan Onur, qrup oyunlarında Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan idmançılarını üstələyərək ilkin mərhələni lider kimi adlayıb. Ardınca o, Bəhreyn, Tailand və Malaziyadan olan rəqiblərinə də qalib gələrək finala yüksəlib. Gərgin mübarizə şəraitində keçən həlledici görüşdə İran təmsilçisinə 2-3 hesabı ilə uduzan stolüstü tennisçimiz yarışın gümüş mükafatına layiq görülüb.

L.QURBANOVA
XQ

İdman